QOÇ
Bu gün əhatənizdəkilərin sizi anlamamasından gileylənəcəksiniz. Ulduzlar nikbin olmağa çağırır. Yaxşı olar ki, fikirlərinizi dağıdacaq bir məşğuliyyət tapasınız.
BUĞA
Səhətinizə laqeyd yanaşmayın. Günün birinci yarısında vacib işlərinizi həll edin ki, işlərin gedişində ləngimələr yaşanmasın. Ətrafdakılarla mehriban və səmimi olun.
ƏKIZLƏR
Həmkarlarla münasibətinizin korlanmasına şərait yaratmayın. Məsuliyyətsiz olmayın, əks halda iş yerinizdə problemlər yaşanacaq. Müdiriyyətlə aranızda fikir ayrılığı da istisna deyil.
XƏRÇƏNG
Işgüzarlıq sferasında alacağınız təkliflərdən yararlanın ki, bir də belə fürsət əlinizə düşməyəcək. Idmanla məşğul olmaq, aktiv istirahət etmək üçün əlverişli gündür.
ŞIR
Ailə-məişət problemləri yaşanacaq. Təmkinli olun, əsəblərinizi cilovlayın. Işinizdə problemlər yaşanacaq. Pulunuza qənaət edin, israfçılıq etməyin.
QIZ
Özünüzdən razı olacağınız gündür. Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Sizin yardımınıza etiyacı olanları diqqətdən kənarda qoymayın
TƏRƏZI
Bütün problemlərinizi ailə üzvlərinizlə birlikdə həll etməyə çalışın. Qənaət edin ki, pul toplayıb bir sıra məişət problemlərinizi yoluna qoya biləsiiz.
ƏQRƏB
Alış-veriş üçün də münasib gündür. Zövqünüzə həsəd aparanlar da tapılacaq. Işdə vəziyyət sabit olacaq. Axşam saatlarını sakitlikdə keçirin.
OXATAN
Işinizdə diqqətli olun. Çalışın vaxtınızı səmərəli keçirin. Işlə bağlı təkliflər olacağı istisna deyil. Şəxsi müstəvidə vəziyyət sabit qalacaq.
OĞLAQ
Bu gün ev işləri görmək, xırda təmirlə məşğul olmaq üçün münasibdir. Yarımçıq qalmış işlərinizi tamamlayın. Bu günün işini sabaha qoymayın.
DOLÇA
Təhsildə uğurlar gözlənilir. Mötəbər şəxslərdən əməkdaşlıq təklifi gələ bilər. Axşam saatlarında istirahət edin ki, sabahkı günə gümrah başlayasınız.
BALIQLAR
Sevdiyiniz şəxslə aranızdakı münasibətlərə diqqət yetirin. Qarşı tərəfin küsməsinə şərait yaratmayın. Işdə sabit vəziyyəti qarışdırmaq istəyən olacaq. Dedi-qodulardan uzaq durum.