Qələndər Muxtarlı Rauf Arifoğlunu ittiham etdi

«Əli Kərimlini xalqımızın yetirdiyi ən böyuk siyasi xadimlərindən biri hesab edirəm»

“Rauf bəyin mənimlə bağlı söylədiyi fikirlərlə tanış oldum. Doğrudan da Rauf bəylə, ”Yeni Müsavat” qəzeti ilə bu illər ərzində çox səmimi münasibətlərimiz olub. Ziddiyyətlər isə son il yarım Ictimai Palatanın Koordinasiya Şurası yaranan mübahisələrdən qaynaqlanıb. Partiyamızda baş verənlərin, mənə qarşı partiya üzvlərimizin dəyişən münasibətinin kökündə Rauf Arifoğlunu görürəm.
Mənim partiya yoldaşım Səfər Hümbətovun Rauf Arifoğlu barədə soylədiyim fikirlərdən saatlar keçməmiş münasibət bildirməsi, hətta məni və Əli bəyi inqilab etməkdə ittiham etmək qədər irəli gedib hakimiyyətə ipucu təklif etməsi də, dediklərimə bariz nümunədir”.
Bu sözləri “Azadlıq”a Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri Qələndər Muxtarlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun açıqlamasına münasibət bildirirəkən deyib.
O, sədri olduğu partiyada özünə qarşı düzənlənən projelərin arxasında Rauf Arifoğlunun dayandığını deyir: “Lütfən Rauf bəy də bunu təkzib etməyə də çalışmasın. Bu nöqtədən sonrakı münasibətləri isə indiyədək aramızda olmuş səmimi ünsiyyətə anlaşmalara rəğmən müzakirə etməyə hazıram. Əli Kərimlini seçməyimə gəlincə, onu bildirim ki, mən şərəfli yolu və bu yolda inamla gedən insanları seçmişəm. Mən Əli bəyi 28 ilə yaxın bir müddətdi tanıyıram. Dostumdur, siyasətdə də onu xalqımızın yetirdiyi ən böyük siyasi xadimlərindən biri hesab edirəm. Onun Azərbaycanın siyasi inkişafından dolayı apardığı mübarizəyə strateji xəttə qoşuluram və əlimdən gələni də edəcəyəm ki, Azərbaycanımızın demokratikləşməsində, ədalətli cəmiyyət qurulmasında, vətənimizin bütovləşməsində ona dəstək ola bilim! Mənim həyatım, siyasi fəaliyyətim bütün zamanlarda çoxlarından fərqli olaraq səffaf olub, bununla qurur duyuram!”.
Qeyd edək ki, Rauf Arifoğlu mətbuata açıqlamasında Qələndər Muxtarlını nəzərdə tutaraq “O, bizim münasibətləri AXCP sədri Əli Kərimliyə dəyişdi. Buna çox təəssüf edirəm. Eyni zamanda o, təşkilatını, dostlarını, silahdaşlarını itirdi” deyib.

Hikmət