“Qapımız hər zaman Müsavatın üzünə açıqdır”

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə AzNews.az-a müsahibəsində müxalifət daxilində baş verən son proseslərdən danışıb. A.Mirzəzadənin “Hansı meyarlar çərçivəsində Yeni Azərbaycan Partiyası ilə Müsavat Partiyasının əməkdaşlıq imkanları mümkün ola bilər?” sualına cavabı maraqlı olub. YAP funksionerinin bu suala verdiyi cavabı diqqətinizə çatdırırıq: “Bu, indiki halda real görünə bilən məsələ deyil. Çünki biz fərqli yolla gedən, cəmiyyətə fərqli ideologiya, inkişaf strategiyası təqdim edən siyasi qüvvələrik. Ancaq hansısa bir məsələdə bu partiya Yeni Azərbaycan Partiyası ilə müzakirələr aparmaq istəyərsə, qapı hər zaman Müsavatın üzünə açıqdır”.