Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının professoru Süleyman Əliyarlı yanvarın 16-da vəfat edib.
1930-cu ildə Beyləqanda dünyaya gələn Süleyman Əliyarlı Moskva Dövlət Universitetini bitirib. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışıb. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilib. 23 il həmin kafedraya başçılıq edib.
1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.
150-dən çox elmi məqalə, 7 monoqrafiya, 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 elmlər doktoru yetişdirib.
Allah rəhmət eləsin!