Nazirlərin kabinetinə xüsusi qurğu quraşdırılır

Hakimiyyət təhlükəsizlik tədbirlərini gücləndirir

Nazir və nazir müavinlərinin, həmçinin komitə sədrlərinin, iri şəhərlərin icra başçılarının kabinetlərinə xüsusi qurğu quraşdırılır. “Azadlıq”a daxil olan məlumata görə, bu, təzlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır. Qurğu işə salınanda nəinki onun yerləşdiyi otağı dinləmək olur, hətta mobil telefonların dalğası belə itir.
Məlumatda bildirilir ki, hakimiyyətin təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin səbəbləri bəlli deyil. Həmçinin qeyd olunur ki, Milli Məclisə smartfon tipli telefonla girişin qadağan edilməsi də, bu tədbirlərin tərkib hissəsidir. Yeri gəlmişkən, artıq Nazirlər Kabineti ilə bağlı da analoji qadağa tətbiq olunub.