Keçmiş casus modelyer kimi fəaliyyətə başlayır

Rusiyanın keçmiş casusu Anna Çapman indi də modelyer kimi çıxış edir. Onun hazırladığı paltarlar və bəzək əşyaları Rusiyalı turistlərin çox olduğu Antalyada nümayiş olunub. Çapman deyib ki, onun təklif etdiyi mallar rusiyalı qadınların imkanlarına uyğundur. Bu mallar fevralda satışa çıxarılacaq. Rusiya ilə ABŞ tutduqları casusları dəyişəndə 2010-cu ildə Rusiyaya qayıdan Çapman Rusiya banklarının birində müşavir işləyir.