Milli Şurada təmsil olunan vətəndaş cəmiyyəti üzvləri yanvarın 7-də qurumun sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli ilə görüş-toplantı keçiriblər.
Toplantının iştirakçılarından hüquqşünas Namizəd Səfərov “aznews.az”a deyib ki, Milli Şurada təmsil olunan 20-dən artıq vətəndaş cəmiyyəti təmsilçisindən 4 nəfəri xaricdə səfərdə olduğu, 2 nəfəri isə həbsdə olduğu üçün tədbirə qatıla bilməyib: “Onlar da daxil olmaqla hamı MŞ-nin fəaliyyət göstərməsində israrlıdır və işləmək əzmindədirlər”.
N.Səfərov Milli Şuranın növbəti sessiyasında Rüstəm İbrahimbəyovun fəxri sədr postunda qalması məsələsinin də müzakirə ediləcəyini bildirib: “Cəmil Həsənli Rüstəm İbrahimbəyovla əlaqə saxlayır. Ola bilsin ki, Rüstəm İbrahimbəyovun fəxri sədr qalmaq məsələsinə yenidən baxılsın”.
İbrahimbəyov Milli Şuranın fəxri sədri qala bilər
•
•