Almaniya hökümət başçısı Angela Merkel xizək sürərkən yıxılaraq zədə alıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə hökümətin rəsmi nümayəndəsi Şteffan Zaybert məlumat verib. Zədə səbəbi ilə o, rəsmi səfərlərini 3 həftə müddətinə təxirə salıb.
Hadisə İsveçrədə baş verib.