Gülnarə Kərimova yeni klipini yaydı VİDEO

Özbəkistan prezidentinin adı tez-tez qalmaqallarda hallanan qızı Gülnarə Kərimova yeni çəkilmiş klipini yayıb. Özünə “Ququşa” təxəllüsünü seçən Gülnarə Kərimovanın yeni mahnısının adı “Yonimda bo’ling” (“Yanımda ol”) adlanır. Klip “Youtube” videoportalına yanvarın 2-də yerləşdirilib. G.Kərimova “Twitter”də klipi paylaşaraq, “Çoxdan gözlənilən hədiyyə” deyə yazıb.

41 yaşlı G.Kərimova dəbdəbəli məclislər, qonaqlıqlar təşkil etməklə tez-tez xarici mətbuatın gündəminə gəlib. son vaxtlarda isə atasının yaratdığı siyasi rejim və ailəsi ilə bağlı açıqlamaları ilə diqqət mərkəzində olub.
G.Kərimova müğənnilik etməklə yanaşı şeir yazır, mahnı bəstələyir. Onun adına korrupsiya, pul yuma istintaqında da rast gəlinib.