Əfsanəvi futbolçu, portuqaliyalı Eysebio 72 yaşında dünyasını dəyişib. Futbolçunun ölümünə səbəb isə ürək tutması olub. Uzun müddət Portuqaliyanın “Benfika” klubunda oynayan Eysebio Portuqaliya yığmasının tərkibində 1966-ci il dünya çempionatının bürünc medalını qazanıb.
11 dəfə Portuqaliya çempionu olan futbolçu 1965-ci ildə Avropanın ən yaxşısı seçilib. 1962-ci ildə “Benfika” ilə Çempionlar Kubokunun qalibi olub.
Sürətli və texniki oyununa görə “qara pantera” ləqəbi almış Eysebio iki dəfə “qızıl buts” mükafatına layiq görülüb.
“Qara pantera” öldü
•
•