Google şirkəti Pentaqon üçün bir neçə ildir ki robot istehsalına başlayıb. Robotlarin əsas funksiyası hərbiçilər üçün yük daşımaq olacaq. Robotlar ağır çəkili yükləri 32 km məsafəyə kimi daşımaq gücündə olacaq. Robot istehsalıyla məşqul olan Boston Dynamics şirkəti bundan başqa saatda 45 km saatla sürət edə bilən “Cheetah” robotu və insanabənzər Atlas robotu ilə məhşurdur.
Bu şirkət son 6 ay ərzində Google tərəfindən satın alınan 8-ci belə şirkətdir. Google rəhbərliyi hələlik sazişi şərh etməkdən imtina etsələr də, ekspertlər texnologiya nəhənginin avtonom sistemlərin istehsalı ilə ciddi məşğul olmaq niyyətində olduqlarını deyirlər.
“Google”un hazırlayacağı yeni robotların müxtəlif sahələrdə faydalı olacaqları gözlənilir. Şirkətin yeni istehsalat bölməsinə isə məhşur ANDORİD əməliyyat sistemini yaradan Endi Rubin başçılıq edir.