Yumurta da bahalaşdı

Bizimyol.info xəbər verir ki,  paytaxtın topdansatış mərkəzlərində yumurtanın qiyməti artıb. Dekabrın 16-da topdansatış ünvanlarına gedən ticarət adamlarına yumurtanın ədədi 13-14 qəpiyə təklif edilib. Satıcıların sözlərinə görə, sonuncu dəfə broyler yumurtasını 12 qəpiyə alıb 13 qəpiyə satıbmışlar. Ancaq sonuncu qiymət artımından sonra dükanlarda yumurtanın birin 15 qəpiyə satmalı olublar. Satıcılar qiymətin artan xətt üzrə gedəcəyini istisna etmirlər.