Yunanıstan baş nazirinin Bakı səfərindən geri dönməsinin əsl səbəbi bilindi
ARDNŞ-lə Yunanıstanın DESFA qazpaylayıcı şirkəti arasında saziş imzalanması pozulub. Saziş dekabrın 17-i Bakıda imzalanmalı idi.
Formal olaraq sazişin pozulması baş nazir Antonis Samarasın başçılığı ilə Yunanıstanın nümayəndə heyətinin Bakıya uça bilməməsi nəticəsində pozulub. Təyyarə 16 dekabrda Afinadan uçub, amma nasazlıq üzündən yerə enməli olub.
Dekabrın 17-də isə məlum olub ki, sazişin pozulmasına səbəb “Qazprom”un Yunanıstana təklifidir. “Qazprom” dekabrın 16-da DEPA-nı DESFA ilə birgə almaq təklifi irəli sürüb. Bu barədə “Ekathimerini” qəzeti yazır (“Turan”).
Antonis Samaras
“DEPA-nın özəlləşdirilməsi sonraya saxlanılacaq”, deyə həmin gün Yunanıstanın Özəlləşdirmə Agentliyinin (HRADF) rəhbəri Konstantinos Maniatopoulos “Reuters”ə bildirib. “Rusiya bəyan edib ki, ona yeni tender maraqlı olardı. Baxaq. Amma bir namizədlə bu proseduru yeni tender adlandırmaq çətindir», – deyə Maniatopoulos bildirib.
“Bu ilin iyununda 5 şirkət DEPA və onun törəməsi DESFA-nı almaq üçün müraciət edib. Beş iştirakçıdan DESFA-nın 66%-i üçün müraciət ARDNŞ-dən olub. DEPA üçün heç kəs öhdəlikli sifariş verməyib”, deyə Yunanıstanın Özəlləşdirmə Agentliyi bildirir.
Yunanıstanın energetika naziri Makis Papgeorgiu bildirib ki, müsabiqə yenidən, 10 iyunda elan ediləcək. “İnanırıq ki, növbəti mərhələ daha əlverişli şəraitdə, dah geniş iştirakla olacaq, çünki Yunanıstanın avrozonadan çıxmaq təhlükəsi yoxdur”, – deyə nazir qeyd edib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev isə bu məsələni həll edilmiş sayır, qeyd edir ki, sazişə hazırlıq proseduru başlayır.
Raiffeisenbank analitiki Polişşuk bildirib ki, tenderdə iştirak etməmək qərarını «Qazprom» siyasi səbəblərdən qəbul edib: «Avropa İttifaqı və ABŞ «Qazprom»un təsir dairəsinin genişlənməsindən qorxur. Yunanıstan Aİ-nin bu mövqeyini rədd edə bilmədi, hərçənd Afina üçün «Qazprom»un təklifi çox sərfəli idi və başqa sifarişlərdən iki dəfə yüksək idi».
DEPA-nın aktivləri 1 mlrd, DESFA-nınkı 500 mln avro qiymətləndirilir.
Sazişin pozulması və «Qazprom» ilə danışıqların başlanması həm də onu göstərir ki, Aİ «Qazprom»un Yunanıstanın qaz bazarında iştirakına razılıq verib.