Akademikin merlə “fontan davası”

“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) şəhərciyinin həyətindəki fəvvarənin AMEA-nın sərəncamına verilməsi üçün Bakı Şəhər Icra Hakimiyyətinə müraciət edilib”. Lent.az-ın məlumatına görə, bunu açıqlamasında AMEA prezidenti Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, AMEA fəvvarə ilə bağlı fikrindən dönməyəcək: “Dünən də Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu axtardım, tapmadım. Bizim bu məsələdə fikrimiz qətidir”.
Akademik vurğulayıb ki, bu məsələ tam həllini tapdıqdan sonra ictimaiyyətə məlumat veriləcək: “Bu il AMEA-da uğurlu islahatlar aparılıb. Hazırda islahatlar institutlarda həyata keçirilir. Institutlarda müəyyən problemlər var. Onların strukturlarının prioritet istiqamətləri müəyyən edilib”.
Bəzi institut direktorlarının təyinatına gəlincə, A.Əlizadə bildirib ki, AMEA-da institutlar üzrə yaranmış vakansiylar haqqında elan ediləcək. Akademiyanın institutlarına direktor seçimi fevral-mart ayında keçiriləcək.
A.Əlizadə onu da bildirib ki, doktoranturaya qəbul imtahanları yanvarın birinci yarısında başlayacaq.