Sumqayıtda atışma

Dekabrın 11-i axşam saat 20.45 radələrində Sumqayıtda atışma olub. Hadisə 10-cu mikrorayonda, 27 saylı evin qarşısındakı “Sultan” adlı super-marketin yaxınlığında baş verib.
Hadisə şahidlərinin “Azadlıq”a verdiyi məlumata görə, avtomat səsləri təxminən 5 dəqiqə davamlı eşidilib. Ardınca qumbara partlayışına bənzər güclü səs ətrafdakıları qorxuya salıb.
Hadisə yerində 10-dan artıq polis maşını və 50-yə yaxın polisi əməkdaşı olsa da, onlar olayla bağlı heç bir açıqlama vermək istəməyib. Şahidlər ehtimal edir ki, atışma polislərlə vəhhabilər arasında olub. Atışma nəticəsində yaralananlar var. Yaralılardan biri qaçmaq istəsə də, bir qədər irəlidə “Halal” marketin qarşısında yıxılıb. Mülki geyimli şəxslər onu maşına qoyub xəstəxanaya aparıb.

Informasiya şöbəsi