ARDNŞ-dən Anar Əliyev açıqlaması

“Onun adını bu günə qədər eşitməmişəm və heç vaxt elə bir təşkilatla danışmamışam”

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat katibi Global Witnes təşkilatının hesabatında göstərilən məsələlər barədə heç nə bilmir, bu barədə Nizaməddin Quliyevin özü BBC Azərbaycancaya deyib.
“Anar Əliyevin adını bu günə qədər eşitməmişəm və mən heç vaxt elə bir təşkilatla danışmamışam”, – deyə N.Quliyev bildirib.
Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov isə BBC Azərbaycanca müxbirinə bu hesabatla bağlı “ancaq mətbuat xidmətilə əlaqə saxlamağı” tövsiyə edib.