“Qalatasaray” ÇL-nın 1/8 finalında

UEFA Çempionlar Liqasının qrup mərhələsinin B qrupunda təxirə düşən “Qalatasaray” – “Yuventus” görüşü bu gün keçirilib.

Güclü qar yağması səbəbindən təxirə salınan matç UEFA-nın qərarı ilə görüş bu gün keçirilib. İstanbul klubu qalib gələcəyi təqdirdə 1/8 final mərhələsinə yüksələcəkdi. Ən pis halda isə Mançinin komandası Avroliqada mübarizəni davam etdirəcək. Lakin bu görüşdə 1:0 hesabı ilə qalib gələn “Qalatasaray” 1/8 finala adlayıb. Oyunda yeganə qolu 85-ci dəqiqədə Sneyder vurub.