ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Kiyevdə aksiayçılara dəstək nümayiş etdirərək onlara çay və yemək paylayır. Bu gün səhər Maydana gələn Nuland aksiya iştirakçıları ilə söhbət edib. Bu barədə “Batkıvşina” partiyasının fraksiya lideri Arseni Yasenyuk yerli mətbuata açıqlamasında bildirib. ““İndi meydanda ABŞ dövlət katibinin müavini Viktoriya Nuland əlində yemək dolu məcməyi çörək paylayır” deyə Yasenyuk bildirib. O, mitinqçilərdən amerikalı diplomatı alqışlamağı xahiş edib. V.Nuland Kiyevə dekabrın 10-da səfər edib.