Gülər Əhmədovanın həbsdə yazdığı şeiri yayıldı

Sabiq millət vəkili Gülər Əhmədova həbsxanada şeir yazıb.

YUXU

Gözümə gəlməyən yuxum, hansı ərşə çəkilmisən

Gedib əsgər yuxusuna oğlum üçün dincəlmisən?

Yoxsa balaca körpənin gözüyaşlı yuxususan,

Bəlkə də qoca anamın dərdli – sərli ürəyisən?

Hara getmisən ay yuxu, tapıb qaytara bilmirəm

Səndə namərd dostlar kimi üz çevirib dönməmisən,

Mənim gözümdə yox yerin, payız quşuna dönmüsən

Hələ tapa bilməmişəm, bəlkə də qan təzyiqisən?

Yuxu mənim dostum olub, məhbəs xəstəliyidir o

Dəmir çarpayımın indi yaddaşına keçibdir, o

Ayılmaq istəməmişəm, bəlkə gedim evimizə

Baxım balaca körpəyə, üstünü də açıbdır o

 Dua edib “Anam gəlsin!” sonra biraz ağlayacaq

Sonra küsüb həm özündən, həm də məndən, bayılacaq

Görüş günü hər görəndə “Nə vaxt evə gələcəksən?”

Sorub, sorub, yorulacaq, sonra birdə ağlayacaq.

Yuxum mənim, apar məni, yadındamı adresimiz?

Yuxum mənim, qaytar məni, indi budur sevincimiz!

İndi ancaq yuxularda, görə billəm fidanımı

Ana qucağı əvəzi – oyuncaqla yatanımı.

1 sentyabr 2013 -cü il 4:30