Benzinin qiymətinin qalxması ölkədə ciddi narazılığa səbəb olub və bu hal əhalinin yaşam şəraitinin pisləşdirilməsi kimi qiymətləndirilib.
Qiymət artımına etiraz olaraq Şəki cəbhəçiləri də rayon icra hakimiyyətinə mitinq keçirmək məqsədilə müraciət ünvanlamışdı. AXCP Şəki rayon şöbəsinin sədri Əli Abdullayev “Azadlıq”a açıqlamsında bildirmişdi ki, partiyanın Şəki rayon şöbəsinin ali məclisi bu barədə qərar qəbul edib və kütləvi narazılıq bu addımı atmağı zəruri edib. Onlar dekabrın 14-də saat 16:00-da istənilən məkanda mitinq keçirilməsi üçün imkan yaradılmasını istəmişdilər.
İcra hakimiyyəti isə uzun müzakirələrdən sonra Şəki cəbhəçilərinin müraciətinə “müdrikcəsinə” cavab göndərib. “Planlaşdırdığınız toplantı üçün əsaslı səbəb olmadığı üçün mitinqin keçirilməsi məqsədəuyğun hesab olunmur”.
Görünür, əhalinin böyük əksəriyyəti üçün əsaslı problem sayılan qiymət artımı, icra hakimiyyəti üçün çox əsassız səbəbdir.
Şəki həqiqətən də lətifələr şəhəridir.
AXCP-nin Şəki mitinqinə icazə verilmədi
•
•


