ÇL-nın VI turu -“Qalatasaray” “Yuventus” oyunu təxirə salındı

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start verilib.

İlk oyun günündə 8 qarşılaşma baş tutmalı idi. Lakin  İstanbulda keçirilən Qalatasaray – Yuventus oyunun güclü qar səbəbində təxirə salındı. 

A qrupunun lideri “Mançester Yunayted” Ukraynanın “Şaxtyor” (Donetsk) klubu qəbul edib. “Bayer” (Leverkuzen) klubu isə səfərdə “Real Sosyedad”ın qonağı oldu.

B qrupunda “Real” (Madrid) klubu səfərdə “Kopenhagen”in qonağı olub.  

C qrupunda PSJ klubu Portuqaliyaya səfər edib. Paris təmsilçisi Priney yarmadasında “Benfika”nın qonağı oldu. Yunanıstanda isə “Olimpiakos” klubu “Anderlext”lə münasibətlərinə aydınlıq gətirdi. 

D qrupunda Moskva CSKA-sı Çexiyada “Viktoriya” ilə qarşılaşıb. Bu mövsüm itkisiz irəliləyən Almaniyanın “Bavariya” klubu isə doğma azarkeşləri önündə “Mançester Siti” ilə üz-üzə gəldi. 

Oyunda bu nəticələr qeydə alındı:

A qrupu:

Mançester Yunayted 1 – 0 Şaxtyor Donetsk

Real Sosyedad 0 – 1 Bayer Leverkusen

B qrupu:

Kopenhagen 0 – 2 Real Madrid

C qrupu:

Benfika 2 – 1 PSJ

Olimpiakos 3 – 1 Anderlext

D qrupu:

Viktoriya Plzen 2 – 1 CSKA Moskva

Bavariya Münhen 2 – 3 Mançester Siti

Bu oyunlardan sonra A qrupundan Mançester Yunayted və Bayer Leverkuzen, B qrupundan Real Madrid növbəti mərhələyə keçdi. Bu qrupdan növbəti mərhələyə keçəcək ikinci komanda Qalatasaray – Yuventus oyunundan sonra bəllu olacaq. C qrupundan PSJ və Olimpiakos, D qrupundan isə Bavariya Münhen və Mançester Siti növbəti mərhələdə rəqiblərini gözləyir. 

Şaxtyor Donetsk, Benfika və Viktoriya Plzen Avroliqa turnirinə yollandı. B qrupundan Avroliqaya yollanacaq komandanın adı Qalatasaray-Yuventus oyunundan sonra məlum olacaq.     

Qeyd edək ki, ÇL-də qrup mərhələsinin oyunlarına sabah axşam keçiriləcək 8 oyunla yekun vurulacaq.

azadlıq.info