Avropa Birliyi və Azərbaycan arasında Əməkdaşlıq Şurasının toplantısının dünən Brüsseldə keçirilən toplantısında Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle də iştirak edib. Toplantıdan sonra keçirilən mətbuat konfransında Füle bildirib: “Avropa Birliyi və Azərbaycanın bir-birinə yaxınlaşdığını görməkdən məmnunuq. Bizim əməkdaşlığımız faydasını verir. Vilnüsdə keçirilən ”Şərq Tərəfdaşlığı” sammitinin nəticəsi, viza rejiminin sadələşdirilməsi buna misaldır.
Biz bütün səviyyələrdə əməkdaşlığı gücləndirmək istəyirik. Assosiasiya müqaviləsi və tərəfdaşlığın strateji modernizasiyası üzrə danışıqları davam etdirmək niyyətindəyik. Danışıqların tempini sürətləndirmək istəyirik. Bununla əlaqədar Azərbaycanı Ümumdünya Ticarət Təşkilatına üzvlük istiqamətində fəaliyyətini aktivləşdirməyə çağırırıq. Azərbaycanla bundan sonra danışıqlarımızın davam etdirilməsi üçün bu, vacib şərtdir.
Bizim münasibətlərimizdə çox böyük əhəmiyyət kəsb edən başqa bir amil fundamental azadlıqların təmin olunmasıdır. Biz Azərbaycan hökumətini insan hüquq və azadlıqlarına hörmətlə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq. Azərbaycanda mətbuat, toplaşma və birləşmə azadlıqlarının təmin olunması baxımından çox işlər görülməlidir.
Azərbaycanın Seçki Məcəlləsinin ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun tövsiyələrinə uyğunlaşdırılması da çox vacibdir. Bu, yaxın vaxtlarda həyata keçirilməlidir ki, gələn il bələdiyyə seçkiləri, 2015-ci ildə də parlament seçkiləri ədalətli, şəffaf baş tutsun.
Eyni zamanda, korrupsiyaya qarşı mübarizə də zəruridir.
Bütün məsələlərdə Azərbaycan Avropa Birliyinin dəstəyinə güvənə bilər. Biz Azərbaycanla açıq dialoqu davam etdirməkdə və dərinləşdirməkdə qərarlıyıq. Məqsədimiz odur ki, bu əməkdaşlıq Azərbaycanda bütün sahələrdə islahatlarla nəticələnsin”.

Aytən