Bəşər Əsəd “batır”

Xanımı da Suriya diktatoruna qarşı çıxdı; hökumət istefaya gedir

 

 

Rəsmi Dəməşq ölkədə artan gərginlikdən çıxış yolu aramaqdadır. “MIGnews”-un məlumatına əsasən, “Əl-Ərəbiyyə” telekanalı bildirib ki, martın 29-da Suriya hökuməti istefaya göndəriləcək.
Müşahidəçilərin fikrincə, nazirləri istefaya göndərməklə prezident Bəşər Əsəd ölkədəki etiraz dalğasını səngidəcəyinə ümid edir.

***

Suriyada 48 illik Əsəd sülaləsinin diktaturasına qarşı etirazlar davam edir. Ölkənin paytaxtı və əksər vilayətlərində keçirilən mitinqlərdə hökumət qüvvələri etirazçıları dağıtmaq üçün odlu silaha əl atıb. “Əl-Ərəbiyyə” telekanalının verdiyi məlumata görə, Dərəə şəhərinin əsas xəstəxanasına polislə toqquşmalar zamanı öldürülən 25 nəfərin meyiti gətirilib.

Xəbərdə bildirilib ki, bu 25 nəfər Suriyanın əyalətlərində hökumət əleyhinə keçirilən aksiyalar zamanı öldürülüb. Etirazçılar polisin 6 nəfəri öldürməsinə etiraz olaraq küçələrə çıxmışdılar.

Hazırki prezident Bəşər Əsədin istefası tələbiylə küçələrə axışan insanlara qarşı sərt fiziki güc tətbiqi nəticəsində həlak olanların sayının artacağı istisna olunmur.

Latakiyada 12 nəfər öldürüldü

Xatırladaq ki, hölumət etiraz aksiyalarını yatırmaq üçün Suriyanın liman şəhəri Latakiaya qoşun yeritmişdi. Bu şəhərdə cümə və şənbə günü polislə mitinqçilər arasında baş vermiş qanlı toqquşmalar nəticəsində 12 nəfər həlak olub.

48 illik fövqəladə rejim ləğv olundu

Bəşər Əsədin siyasi məsələlər üzrə müşaviri Buseyna Şaban keçirdiyi mətbuat konfransında ölkədə 48 ildir davam edən fövqəladə hal rejiminin qaldırılması daxil bir neçə islahatın dərhal yerinə yetirildiyini bildirib. Onun sözlərinə görə, bəzi islahatların həyata keçirilməsi üçün isə fəaliyyətə start verilib.

Hillari Klinton:“Hökumət zorakılıqları dayandırmalıdır”

ABŞ dövlət katibi Hillari Klinton, müdafiə naziri Robert Qeyts ilə verdiyi açıqlamada Suriyaya da Liviyad aolduğu kimi uçuşa qadağan olunmuş zona edilməsi məsələsinin gündəmdə olmadığını söyləyib. Klinton Suriya hökumətini etirazçılara qarşı güc tətbiqini dayandırmağa çağırıb.

Suriya “ümummillisinin” heykəlini aşırdılar

Bu arada Suriya prezidenti Bəşər Əsədin xanımı Səlma Əl Əsədin antihökumət aksiyalarına qatılan insanların qətlə yetirilməsinə etiraz əlaməti olaraq ölkədən getmək istədiyi barədə xəbərlər yayılıb. Məlumatlarda deyilir ki, Suriyanın birinci xanımı ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb və zorla  geri qaytarılıb.

Dünən isə bir neçə gün öncə Dərəə vilayətində Suriyanın keçmiş prezidenti Bəşər Əsədin heykəlinin müxalifət təmsilçiləri tərəfindən yıxıldığı anı əks etdirən fotoşəkillər yayılıb.

İnformasiya şöbəsi