Uyğur həqiqətləri Çini dəyişəcək

«Onlarla insan kimi davranmırlar»

Yaponiyada 20 ildən artıqdır yaşayan və xalqının üzləşdiyi durumu dünyaya çatdıran uyğur Tur Məhəmməd Yaponiya mətbuatına da bu barədə danışıb. Uyğurların səfil həyat sürdüyünü, onlarla insna kimi davranılmadığını deyən Məhəmməd Çin hökumətini bu davranışa görə terrorçu da adlandırmaqdan çəkinməyib.

1994-cü ildən Yaponiyada yaşayan Tur Məhəmməd 1997-ci ildə ölkəsində tələbə etirazlarının yatırılması, nəticədə 100-dən artıq gənc uyğurun öldürüldüyünü yada salır. Bundan sonra o xalqının başına gələnlər barədə Yaponiyada geniş təbliğata başlayır və nəticədə vətəninə qayıtmaq imkanında məhrum olur. Bundan sonra Yaponiyada qalmalı olan Məhəmməd uyğurların problemlərinin işıqlandırılması ilə məşğul olur. 

“Kişilərin saqqalları qırxılır, qadınların baş örtükləri zorla açılır”

Uyğurların torpaqları Yaponiya ərazisindən dörd dəfə böyükdür. Bu ərazilərdə 24 milyon insan yaşayır. Onların təxminən yarısını uyğurlar təşkil edir. Bu xalq qədimdən həmin torpaqlarda yaşayıb, maldarlıq və əkinçiliklə məşğul olub. Bu regionda əvvəllər uyğurların sayı çinlilərdən çox  olub. Buna baxmayaraq, gündəlik məişətlər olduqca kasıbdır, doğma torpaqları olan Şərqi Türkistanda isə onlarla ikinci, üçüncü dərəcəli insanlarla olduğu kimi, bəzən hətta qeyri-insani tərzdə davranırlar. Uyğurlar özlərini cəhənnəmdə, yaxud həbsdəki kimi hiss etdiklərini deyir. 

Çin hökuməti uyğurlar və tibetlilərə nəzarət üçün çox məharətli üsullardan istifadə edirlər. Bu barədə saatlarla danışmaq olar. Bunlar müxtəlif siyasi, iqtisadi, mədəni, dini, xarici siyasət və hərbi hiylələrdir. Bütün bunlar uyğur və tibetliləri küncə sıxışdırmaq məqsədi daşıyır. 

Məsələn, dini məsələyə gəldikdə, Çinin kommunist partiyası onu inkar edir və “xalq üçün tiryək” hesab edir. 

Uyğurlar isə müsəlmandır və islama inanır. Lakin Çin kommunist partiyası gənc nəsilə münasibətdə ateizm siyasəti həyata keçir. Çünki islama inanan kommunist partiyasına inanmır. 

Komunistlər məsçidə getməyi qadağan edir. Müsəlman kişilər saqqal uzatsa da, onlar polisə aparılır və məcburi şəkildə saqqalları qırxılır. Əgər saqqalı qırxmaq mümkün olmursa, buna görə cərimə tətbiq edilir. Bəzi hallarda isə bu həbslə nəticələnir. 

Qadınlar bütün bədənini örtür ki, saçları və dəriləri görünməsin. Ancaq belə qadınları saxlayır və məcburi şəkildə paltarlarını, baş örtüklərini açmağa məcbur edirlər. Belə təhqirlərə görə müsəlmanlar çinlilərə qarşı çox qəzəblidir. 

“Ölkənin baş meydanında kiçik aksiya terror aktı kimi təqdim olundu”

Bu ilin oktyabrın 28-də ölkənin əsas meydanı olan Tyananmena icazəsiz maşının daxil olması ilə bağlı hadisə terror olmasa da, Çin rəhbərliyini şoka saldı. Əlbəttə ki, hökumət bunu terror aktı kimi qiymətləndirdi və Şərqi Türkistanın islam hərəkatını bir sıra cinayətlərdə ittiham etdi. Bu isə tamamilə həqiqətdən uzaqdır. 

Bunu edən adam avtomobilə anasını və həyat yoldaşını da oturtmuşdu. Tyananmen meydanı Çin Kommunist partiyasının avtokratiya obrazıdır. Ona görə də ora hücum Çin hökumətinə hücum kimi dəyərləndirilir. 

Adətən terror hadisəsi deyiləndə cəmiyyətdə qorxu yaratmağa yönələn və böyük sayda dinc sakinin zərər çəkdiyi zorakı hərəkətlər nəzərdə tutulur. 

Avtomobilin sürücüsü olan Osman adlı şəxs isə meydana daxil olarkən dayanmadan siqnal verirdi. O niyə belə edib? Çünki həmin vaxt meydanda olan çoxsaylı turistlərin zərər çəkməsini istəmirdi. Həmin vaxt meydanda olan və kiçik zədə alan filipinli qadının sözlərinə görə, o məhz siqnalın səsini eşidib və ağır zədədən qurtula bilib. 

Maşında yaranan yanğın zamanı cəmi bir neçə nəfər zədələnib. Baxmayaraq ki, Çik hökuməti iki nəfərin ölməsi, 48 nəfərin yarandığını açıqlamışdı. Bu insident çoxlu sayda insanı öldürmək məqsədi güdən terror aktı deyil, bu Çin hökumətinin uyğurlara qarşı həyata keçirdiyi zorakılıq və repressiya siyasətinə etirazın nümayişi idi. 

Tur Məhəmməd də müsahibəsində zorakılığı pislədiyini, lakin baş verən hadisəyə görə Çin hökumətinin və kommunist partiyasının məsuliyyət daşıdığını deyir. Məhəmməd bu insanın məhz Çin hökuməti tərəfindən çıxılmaz vəziyyətə salındığını və çarəsizlikdə bu addımı atdığını deyir. 

Çinin mərkəzi meydanına belə nümayişkəranə giriş üçün tarix də təsadüf seçilməyib. Məhz bir il əvvəl, 2012-ci ilin oktyabrın 28-də Osmanın yaşadığı kənddə bir hadisə baş verib. Kənd sakinləri beş il ərzində topladıqları pula köhnə məscidi təmir etdirib. Hava təmizləmə sistemi qurub, məscidin qarşısında yol çəkib və içəridə təmir işləri həyata keçiriblər.

Lakin kəndə gələn yerli partiya rəhbəri məscidin yenidən qurulmasının icazəsiz həyata keçirildiyini deyib və əvvəlki vəziyyətə çatdırılmasını tələb etdi. Ağır durumda olan kənd əhalisinin beş ildə yığdıqları pul hesabına həyata keçirdikləri təmir işi bu yolla heçə endirildi. 

Buna etiraz edən təxminən 200 kənd sakinə məscidin qarşısında toplaşır. Yerli hakimiyyət isə narazılıra həbs etmək üçün kənddə yüz silahlı polis göndərilir. Bir il sonra ölkənin mərkəzi meydanına maşınla girməklə məşhurlaşacan Osman isə kənd sakinlərini dağılışmağa razı salır. Bununla da kənd sakinlərinin polislə toqquşmasının qarşısı alınır. 

Bundan sonra hakimiyyət nümayəndələri məscidin qarşısında beton medançanı buldozerlə dağıdır. Məsciddəki hava təmizləmə sistemidə sökülür. Məhz bu kədərli hadisəyə görə Osman etirazını nümayiş etdirmək qərarına gəlir. O qisas almaq qərarına gəlir. Ona görə baş meydandakı də bu hadisə terror aktı kimi təqdim oluna bilməz. Terroru əslində Çin hökuməti həyata keçirir. 

“Yaponiya mətbuatı Çin haqqında həqiqətlər yaymır” 

1972-ci ildə Çinlə Yaponiya arasında diplomatik münasibətlər qurulandan sonra Yaponiya mətbuatı Çinin nüfuzuna mənfi təsir edə biləcək həqiqəti əks etdirən məlumatlar yaymır. 

Uyğurların, Tibetin problemləri, həmçinin Çinin özündə baş verən müxtəlif hadisələr Yaponiyada demək olar işıqlandırılmır. Bu isə orada yaşayan uyğurlara qəribə gəlir. Çünki Çindən fərqli olaraq Yaponiya azad, demokratik ölkədir. Mətbuatın vəzifəsi ilə dünayda baş verən hadisələr barədə doğru məlumat çatdırmaqdır. Ancaq hazırda Yaponiya mətbuatı bu vəzifənin öhdəsindən gəlmir. Tur Məhəmmədin dediyinə görə, Yaponiya kütləvi informasiya vasitələri uyğurların probleminə 2009-cu ilin iyun ayında diqqət yetirib. O zaman Urumçidə 10 minlərlə uyğurun iştirak etdiyini nümayiş keçirildi. Bu nümayiş qoşun və polislər tərəfindən qəddarlıqla yatırıldı, kütləvi qətllər həyata keçirildi. 

Çin hökumətinin yaydığı rəsmi məlumata görə, o zaman təxminən 300 nəfər öldürülüb. Lakin qeyri-rəsmi məlumatlara görə, nümayişin dağıdılması zamanı üç mindən artıq uyğur qətlə yetirilib. Belə ciddi hadisəni Yaponiya mətbuatı işıqlandırmaya bilməzdi. Ancaq Çin hökuməti uyğurları terrorizmlə əlaqələndirəndə Yaponiyada nəşr olunan bəzi qəzetlər sadəcə olaraq bu informasiyanı olduğu kimi təkrarladı. Demək olar bütün informasiyalar Çin mətbuatının yaydığı şəkildə dərc olunur. 

Bu ilin oktyabrın 22-də Cenevrədə keçirilən BMT-nin insan haqları şurasının iclası Çində insan haqları problemlərinə həsr olunmuşdu. Avropa dövlətləri Çin hökuməti tərəfindən yol verilən insan haqları pozuntularını, tibetli və uyğurlara, həmçinin siyasi xadimlərə təzyiqləri kəskin tənqid edib. 

Iclasda Yaponiya nümayəndəsi də iştirak edirdi. Beləcə ilk dəfə olaraq Yaponiya hökuməti Çində insan haqlarının pozulmasını tənqid edib. uyğurlar üçün bu böyük hadisədir. Ancaq yenə də bu məlumatlar Yaponiya mətbuatında işıqlandırılmadı.

Yaponiya hökuməti insan haqları probleminin beynəlxalq səviyyədə müzakirəsi zamanı doğru mövqe tutub. Xüsusilə Çində insan haqlarının pozulmasının tənqid olunması diqqəti çəkir. Bu sahədə Yaponiyanın mövqeyi əhəmiyyətli dərəcədə dəyişib. Ancaq belə məsələlər Yaponiya mətbuatında da işıqlandırılmalı olsa da, təəssüf ki, baş vermir. 

“Çin dağılacaq və uyğurlar müstəqillik əldə edəcək”

Oktyabrın 28-də Tyananmen meydanına maşınla daxil olandan iki gün sonra Şansi əyalətinin paytaxdı Tayuanda partiya mərkəzi komitəsinin binası qarşısında partlayış baş verdi. Buna qədər də bənzər aqressiyalar baş verirdi. Başqa sözlə, Çin kommunist partiyasına qarşı narazılıq təkcə uyğurlar arasında deyil, həm də çinlilər arasında da artır. Ölkədəki situasiya isə hökumətin nəzarətindən çıxmaqdadır.

Məlumatlara görə, Çində ictimai asayişin qorunmasına ölkə büdcəsindən 20 faiz çox vəsait xərlənir. Belə dövlətin isə gələcəyi ola bilməz. Tur Məhəmməd beş, on ildən sonra, bəlkə də bir qədər gec, ancaq gec-tez Çinin mütləq dağılacağına ümid edir. O uyğur və tibetlilərin nə vaxtsa müstəqillik əldə edəcəyinə inanır.

Ona görə də uyğurlar Şərqi Türküstanın bayrağını qürürla qaldırmalıdır. Ölkə xaricində olan uyğurlar isə xalqı müstəqilliyə hazırlayacaq. Çində olanlar isə bu arzularını yaddan çıxarmamalıdır. 

Tur Məhəmməd Yaponiyada Çin haqqında həqiqətlərin yayılmasını istəyir. Çünki bu ölkəsində vəziyyəti dəyişə bilər. Indi isə Çin həm Yaponiya, həm də uyğurlar üçün təhlükə törədir. O dünya birliyi ilə əməkdaşlıq etməlidir. 

Fizzə