Gənclərin aksiyasına imkan verilmədi

Dekabrın 8-də Avropa Gənclər Hərəkatı Bakının Fəvvarələr meydanında benzinin bahalaşmasına etiraz olaraq aksiya keçirmək istəyib. Aksiya iştirakçıların əllərində ağ kağız tutaraq yürüməsini nəzərdə tutub. Lakin polis aksiyaya imkan verməyib. Səhər saatlarından meydanı əhatəyə alan polis və mülki geyimlilər aksiya başlayan kimi gənclərin başının üstünü alıb. Onlar gəncləri dağılışmağa məcbur edib, əllərindəki ağ vərəqələri isə alıb cırıblar. Polis gənclərin hərəkətini “mənasız” adlandırıb və onları “vətəndaşların istirahətini pozmaqda” ittiham edib.
Aksiyaya imkan verilməsə də saxlanılan olmayıb.
Hərəkatın rəhbəri Ramin Hacılı jurnalistlərə deyib ki, polis bununla ölkədə ən adi dinc gəzintiyə belə imkan verilmədiyini göstərdi.