Qurban Məmmədova 3 il iş verildi

Bu gün Nəsimi Rayon Məhkəməsində həbsdə olan tanınmış vəkil Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə hökm oxunub. Hökmə əsasən, Q.Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Q.Məmmədov barəsində Cinayət Məcəlləsinin 263.1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan istintaq orqanı tərəfindən Q.Məmmədova Cinayət Məcəlləsinin 299.1-ci (zərərçəkmişi pulla ələ alma) maddəsi ilə əlavə ittiham da elan olunub.

azadlıq.indo