ATƏT PA-dan Əliyevə gözlənilməz zərbə

“Bakıdakı mətbuat konfransından sonra Mişel Voisin söylədikləri yalnış təqdim olunub”

ATƏT-in Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Makis Voridis “Azadlıq” radiosuna müsahibə verib. Bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda 2013-cü il prezident seçkilərinin nəticələrinə dair ilkin hesabatı demokratik prinsiplər nəzərə alınmaqla hazırlayıb: “Bu sənədin hazırlanmasında hansısa maraqlardan və ya qeyri-obyektivlikdən söhbət gedə bilməz”.

MİŞEL VOİSİN YALNIŞ ANLAŞILIB

Makis Voridis Bakıda keçirilən mətbuat konfransından sonra ATƏT PA-nın deputatının söylədiyi fikirlərə də aydınlıq gətirib. Bildirib ki, Mişel Voisin mətbuat konfransının sonunda hakimiyyəti təriflədiyi kimi təqdim edilən fikirlər yanlış anlaşılıb: “ATƏT PA və ATƏT/DTİHB 2013-cü il prezident seçkilərinin nəticəsinə dair hesabatı birgə hazırlayıb. Digər ölkələrdə bu iki fərqli struktur adətən ayrı-ayrı hesabat hazırlayır. Amma Azərbaycanda birgə hazırlandı. Bakıdakı mətbuat konfransından sonra Mişel Voisin söylədikləri yalnış təqdim olunub. Çünki Mişel Voisin bu sənədin ancaq bir hissəsini səsləndirdi. Onun səsləndirmiş olduğu hissə ATƏT PA-nın və ATƏT DTİHB-nun birgə hazırladığı sənəd idi. Bu halda – ATƏT-in iki strukturunun birgə hazırladığı sənəddə fərqli fikirlərdən söhbət gedə bilməz”.

SİYASƏTÇİ KİMİNSƏ MARAQLARINA XİDMƏT EDİRSƏ…

Makis Voridis avropalı, eləcə də yerli ekspertlərin Azərbaycan hakimiyyətinin ATƏT PA-nın bəzi nümayəndələrini himayə etməsi haqda fikrilərə də münasibət bildirib: “Mən belə bir hal görməməmişəm. Bu haqda heç nə deyə bilmərəm. Amma mənim baxışlarıma görə, siyasətdə və siyasətçilər arasında hər zaman maraqlar olub. Belə maraqlar seçkilərdə də, biznesdə də ola bilər. Siyasətdə maraqların üstünlük təşkil etdiyi sirr deyil. Amma siyasətçilərin maraqlarını, hansısa tərəfin xeyrinə və ya ziyanına çalışdığını ayrıd etmək mümkündür. Siyasətçilərin özlərini belə ittihamlardan qorumaq üçün yaxşı, əsaslanandırılmış mövqeləri olmalıdır. Bu baxımdan ATƏT DTİHB-in hazırladığı ilkin hesabat çox yaxşı sənəddir. Demokratik prinsiplər nəzərə alınıb. Bu sənədə başqa fikirlərin, başqa amillərin təsir göstəridiyini demək mümkün deyil”.