İsraili kim satıb?

Qərbin Iranla anlaşması Israildə kəskin etirazla qarşılanıb 

 

Bu ölkədə nəşr olunan «Maariv» qəzeti bununla Israilin çətin duruma salındığını yazır 

“Cenevrədə Qərblə Iran arasında əldə olunan bu dəhşətli anlaşmaya nəsə etmək mümkün deyil. Indi artıq kimin udduğu, kimin isə uduzduğu, kimin xəbərdarlıq etdiyini, kimin isə təsiri azaltmağa çalışdığı, kimin gözləntiləri doğrultduğu, kimin isə satqınlıq etdiyi aydındır. Ancaq iş artıq görülüb və yalnız baş verənlərdən nəticə çıxarmaq qalır.

Bu nəticələr isə qlobal olmalı və müxtəlif ölkələrə aid olmalıdır. Çünki dünyanın böyük hissəsi bizi sevmir, çünki Cenevrə anlaşması Amerikanın hərəkətlərinin və səhv hesabının növbəti həlqəsidir. Bütün bunlar isə Ağ evin hazırkı rəhbərlərinə güvənməyin nə dərəcədə təhlükəli olduğunu göstərir. 

Cenevrə anlaşması – ədəbsizliyin, xırda Qərb məmurları tərəfindən dar, qısamüddətli maraqların üstün tutulmasının son nöqtəsidir. Ancaq əgər bu kimi işlərdə əsas söz sahibi olanların güclü dəstəyi olmasaydı, bu anlaşma baş tutmazdı. Söhbət Obama-Kerri, ABŞ prezidenti və bu ölkənin Dövlət Departamenti rəhbərinin tandemindən gedir. Tarixi baxımdan Obama və Kerri sövdələşməsi nasist avantürasından sonra Qərb sivilizasiyanın götürdüyü bütün dərsləri darmadağın edir. 

Bütün tarixi boyu ABŞ dünyadan təcrid olunmuş həyat sürməyə, öz iqtisadiyyatı, təhlükəsizliyi, tibbi sığortası və digər problemləri ilə məşğul olmağa çalışırdı. Ancaq Birinci Dünya Müharibəsi başladı, daha sonra Perl-Harbor və nasist yırtıcısının törətdiyi dəhşətlər. Bütün bunlar ABŞ-ın öz izolyasionizmindən imtina etməyə vadar etdi. 

Amerika belə bir nəticəyə gəldi ki, hitlerizmin öhdəsindən gələndən sonra o bütün dünya üçün yaxşı polis olmalıdır ki, Çemberlen və onun tərəfdaşlarının “sülh razılaşmaları” əhvalatı təkrarlanmasın. Ancaq Obama və Kerri bu konsepsiyaya yenidən baxmaq istədi. Bu yolda onlar sadəlövhcəsinə ABŞ-dan aldıqları zəmanət və vədlərə inanan öz müttəfiqlərinə zərbələr endirir. 

Cenevrədə baş verənlər ABŞ-ın yeni izolyasionizm dönüşünü çərçivəsindən kənara çıxır. Söhbət artıq korluq və ağılsızıqdan getmir. Söhbət özünüaldatma və dostları və müttəfiqləri satmaq niyyətindən gedir.

Obama və Kerrinin hərəkətləri bəlkə də Çemberlenin 1938-ci ildə Münhendəki özünüaldatmadan daha da pisdir. Bütün Qərb liderləri gözəl bilir ki, iranlılar blef edir. Onlar Iranın nüvə təhlükəsinin Israil və Fars körfəzi ölkələri üçün nə demək olduğunu yaxşı anlayır. Ancaq Tehranla istənilən qarşıdurmadan qaçırlar və öz qorxularını gizlətmək üçün təkmilləşmiş nəzəriyyələr icad edirlər. 

ABŞ – bu ölkənin xalqı və onun Konqresdəki seçiciləri – yəhudi xalqının və Israilin əsl dostlarıdır. Mentaliteti antisemit zehniyyətindən azad olunmayan avropalılardan fərqli olaraq amerikalılar yəhudilərə hörmət və rəğbətlə yanaşır. Ancaq hər şeyi son illər yəhudilərə qarşı aşkar düşmənçilik bəsləyən administrasiya həll edir”. 

Fizzə