Şirməmməd Hüseynov: «Nizami Cəfərov fikirlərinə aydınlıq gətirməlidir»
Nəsiman Yaqublu: «Rəsulzadənin siyasi fəaliyyətində hər hansı nöqsana rast gəlməmişəm»
Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Nizami Cəfərov virtualaz.org saytına açıqlamasında Xalq Cumhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin ünvanına qarşı növbəti aşağlayıcı ifadələrdən istifadə edib. YAP-çı deputat bildirib ki, M.Ə.Rəsulzadənin tərcümeyi-halını, yaradıcılığını yaxşı bilir.
M.Ə.Rəsulzadənin millətin tarixi ilə bağlı ciddi səhvlərinin olduğunu deyən N.Cəfərov qeyd edib ki, bu səhvlərdən biri Rəsulzadənin özünün “Əsrimizin Siyavuşu” əsərində açıq mətnlə dediyi “Azərbaycan xalqı bir fars ata ilə bir türk ananın övladıdır” fikridir: “Yəni Siyavuşun atası fars, anası isə türk idi. Bu baxış olduqca qeyri-ciddi və yanlış bir baxışdır. Mən xatırlatmaq istəmirəm, amma tədqiqatçılar yaxşı bilirlər ki, Rəsulzadənin həyatında çox ciddi problemlər, düzgün qərar çıxarmamaq məqamları və ziddiyyətlər olub. Burada söhbət ondan gedir ki, kimisə ideallaşdırarkən diqqətlə baxmaq lazımdır. Çünki bunun arxasınca onun ideyaları gəlir. Kimisə ideallaşdırırsansa, onun ideyalarına sözsüz və şübhəsiz əməl etməlisən, bu isə mümkün deyil”.
M.Ə.Rəsulzadəÿ irsinin araşdırıcılarından olan ÿŞirməmməd Hüseynov ÿN.Cəfərovun söylədiklərinə qarşı çıxaraq bəyan etdi ki, YAP-çı deputat fikirlərinə aydınlıq gətirməlidir: “Dövlət başçısı özü bəyan edib ki, Rəsulzadə Xalq Cumhuriyyətinin yaradıcılarından biridir. O zaman Nizami Cəfərov dövlət başçısının əleyhinə nə deyir?”.
M.Ə.Rəsulzadə Mərkəzinin sədri, M.Ə.Rəsulzadəÿ irsinin digər araşdırmaçısı Nəsiman Yaqublu bildirdi ki, təmsil etdiyi təşkilat artıq uzun müddətdir ki, yaradılmasına baxmayaraq qeydiyata alınmır. Bunun M.Ə.Rəsulzadəyə daha bir mənfi münasibətin təzahürü sayan N.Yaqublu bildirdi ki, Rəsulzadə Azərbaycan xalqının görkəmli tarixi şəxsiyyətlərindən biridir: “Rəsulzadə Azərbaycanın Milli Qurtuluş Hərəkatının böyük ideoloqudur. Rəsulzadənin siyasi fəaliyyətində hər hansı nöqsana rast gəlməmişəm. Rəsulzadənin bizə mənəvi irs olaraq qoyub getdiyi ən böyük əsəri müstəqil Azərbaycan dövlətidir. Müstəqil Azərbaycan dövlətinin qurulması yolunda hansı çətinliklər olubsa, bunlar ortadan qaldırılıb və bunlar kiminsə qüsuru kimi təqdim edilə bilməz. Digər tərəfdən, Rəsulzadənin 1918-ci ilki fəaliyyətinə ciddi diqqət yetirmək lazımdır ki, Rəsulzadə Azərbaycan Cümhuriyyətini qurmaq üçün hansı əziyyətləri çəkib, hansı işləri görüb. Burada nəticə olaraq müstəqil Azərbaycan dövlətini ortaya qoyubsa, o zaman hansı qüsuru axtarmaq lazımdır. Nöqsan, qüsur o zaman axtarılardı ki, müstəqil Azərbaycan dövləti qurulmazdı. Əgər Azərbaycan müstəqil dövlət kimi dünyaya tanıda bilibsə və bu Rəsulzadənin xidmətləri nəticəsində mümkün olubsa, bundan böyük xidmət nə ola bilər?”.
N.Yaqublu hesab edir ki, Rəsulzadənin 130 illiyi ilə bağlı dövlət başçısının verdiyi sərəncamın kağız üzərində qalmamasına çalışmaq lazımdır. N.Yaqublunun sözlərinə görə, Rəsulzadənin bütün fəaliyyətinin tam şəkildə ortaya qoyulmasına, öyrənilməsinə çalışmaq lazımdır. “Rəsulzadə böyük şəxsiyyətdir, Azərbaycan dövlətinin qurucusudur. Onun fəaliyyətində heç bir qüsur, səhv yoxdur. Mən bunu onun irsini 25 ildir ki, tədqiq edən tədqiqatçı kimi deyirəm”, deyə N.Yaqublu vurğuladı.
Hikmət


