AFFA İntizam Komitəsi Topaz Premyer Liqasının XIV turundan sonra yenə bəzi klublara pul cəzası kəsib. AFFA-nın rəsmi saytında dərc olunan xəbərə görə, XIV turda “Qəbələ”–AZAL oyunun 33-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur
“Bakı” – “Xəzər Lənkəran” matçı başa çatdıqdan sonra “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak oyunsonrası keçirilən mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə ödəyəcək .
“İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 4, “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar hərəyə 1000 manat cərimə verəcəklər.
Oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Flavio Aleks Valensio aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub isə buna görə 2000 manat ziyana düşüb.
Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun digərt bir futbolçusu Denis Silva Kruzun “İnter” li futbolçu Meza Colli Derlisə qarşı aqressiv hərəkətinə görə futbolçu 3 oyunluq cəza alıb, klub əlavə 3000 manat da cərimələnib.