Aygün Kazımova Anar Məmmədova söz atdı

“Nə oyunlar oynadılar, nə kələklər gəldilər, olmadı ki, olmadı”

Xalq artisti Aygün Kazımova müğənni Ramal İsrafilovun ünvanına təriflər yağdırıb. Axşam.az xəbər verir ki, sənətçi qalmaqallı “Aləm gözəl” bəstəsinin məhz Ramala aid olduğunu iddia edib: “İstedadlı Ramalım, nə bəstələr, nə hitlər, nə mahnılar yazmısan. Hələ nələr yaradacaqsan. “Aləm gözəl” mahnın da özün kimi çox gözəldir”.
Adıçəkilən mahnının Anar Məmmədov tərəfindən yazılması barədə şərhə isə xalq artisti belə cavab verib: “Nə oyunlar oynadılar, nə kələklər gəldilər…Olmadı ki, olmadı. Lap Madonnaya da oxutdursalar, bu mahnı yenə də alınmayacaq. Çünki bu bəstənin bir düzgün ifaçısı ola bilər, o da müəllifi – Ramal. Kim yazıb “Aləm gözəl”i? Güldürməyin məni. Abbas da gözəl oxuyub. Amma bəstəkar öz mahnısını daha yaxşı duyar, əgər hələ o müğənnidirsə…”.
Qeyd edək ki, “Aləm gözəl” bəstəsi ətrafında uzun müddətdir müəmmalar dolaşır. İndiyədək mahnı haqda bir çox iddia ortaya atılıb.
Bəstənin digər ifaçısı, əməkdar artist Abbas Bağırov isə “Aləm gözəl”in Anar Məmmədova məxsus olduğunu deyib.