Fatih Terimə rekord təklif

FIFA-nın reytinq cədvəlində 110-cu pillədə olan Oman türkiyəli futbol məşqçisi Fatih Terimə ölkə yığmasına baş məşqçilik təklifi edib. Türkiyə mətbuatının yaydığı məlumata görə, Oman Futbol Federasiyası (OFF) məşqçinin hər ili üçün 8 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Öz növbəsində Fatih Terim fikirləşmək üçün bir neçə gün vaxt istəyib.

Baş məşqçi transferini həyata keçirmək üçün Oman Futbol Federasiyasının rəhbəri Seyid Xalid Hamad əl-Busaid bir neçə gün əvvəl Istanbulda olub və Fatih Terimlə görüşüb. O, 57 yaşlı məşqçiyə 3 illik müqavilə təklif edib.

Qeyd edək ki, daha əvvəl Iran, Suriya və Indoneziya da Fatih Terimə öz ölkələrinin millisinə baş məşqçilik etmək üçün təklif göndərib. Lakin mütəxəssis həmin təkliflərlə razılaşmayıb.