«Hərbi xidmətə yararsız»larla bağlı araşdırma kütləvi həbslərə səbəb ola bilər
Müdafiə naziri Zakir Həsənovun xəstəlik adı ilə ordudan yayınanlarla bağlı qərarı Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri Arzu Rəhimovu təşvişə salıb.
Müdafiə nazirinin qərarı xəstəlik adı ilə hərbi bilet alanların yenidən komissiyadan keçməsi və onlara hərbi bilet verən aidiyyəti qurumlarda araşdırmalar aparılmasıdır. Bu sahə isə bilavasitə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə aiddir.
Məlumata görə, bu yoxlamalar kütləvi həbslərə səbəb ola bilər. Bu halda Arzu Rəhimovun da ciddi üzləşəcəyi şübhəsizdir.
Başqa məlumatlara görə, bu məsələnin arxasında çağırış sahəsinin yenidən Müdafiə Nazirliyinin nəzarətinə verilməsi, yaxud Arzu Rəhimovun müdafiə naziri ilə hesablaşmasına nail olmaq dayanır. Xatırladaq ki, Respublika Hərbi Komissarlığının rəhbəri Əliağa Hüseynov vəzifədən çıxarıldıqdan sonra bu sahə Müdafiə Nazirliyindən alınaraq müstəqil quruma çevrilib. Arzu Rəhimov da sona qədər Səfər Əbiyevlə konfliktdə olub. Görünür, Zakir Həsənov eyni problemlə üzləşmək istəmir.