Turqut Ər Heydər Əliyevin yeni sirlərini açdı

Heydər Əliyev ensiklopediyanı niyə yandırtdırıb?

Rəsul Rzanı baş redaktorluqdan ev dustaqlığına gətirən səbəblər…

əvvəli ötən sayımızda

Evləri və məhəllələri dağıdırdılar. Erməni hücumlarının davam etdiyi, xəyanətlərlə dolu bir dönəmdə Türkiyə dövlətini idarə edənlərin təcili tədbirlər həyata keçirməsi lazım idi. Bu məqsədlə ilk tədbir kimi, 24 aprel 1915-ci ildə başda Istanbul və başqa şəhərlər olmaqla, erməni komitələri bağlandı. Ermənilərin öndə gələn liderləri – xəyanət qurumlarına dəstək verən və yardım edən 2345 nəfər həbs olundu. Erməni qrupları bu hadisədən sonra daha da azğınlaşdılar. Rus, ingilis və fransızların dəstəyi, yardımları sayəsində Türklərə yönəlik terror aktlarını artırdılar.
Osmanlı dövləti 27 may 1915-ci ildə bir qanun çıxardı. Bu qanuna əsasən, dövlətə qarşı xəyanəti sübuta yetirilənlər də daxil olmaqla, cəbhə bölgəsindəki ermənilər ölkənin savaşdan uzaq bölgələrinə kütləvi halda məcburi köçürüldülər. Dövlətin çıxardığı bu qərar nəticəsində 1916-cı il oktyabrın sonuna qədər ümumilikdə 702 min 900 nəfər köçürülərək, hazırkı Şimali Iraq, Suriya və Livan kimi dövlətlərin ərazilərinə yerləşdiriliblər.

Düşmənçilik duyğularından doğan böhtan

1914-cü ilin rəsmi məlumatlarına görə, Osmanlı dövlətinin sərhədləri daxilində 1 milyon 234 min 671 erməni yaşayırdı. Fransızların yayımladığı “Sarı kitab”da yazılanlara görə, 1 milyon 500 min (“Britanica” toplusundakı qeydlərdə də bu rəqəm 1 milyon 500 mindir), Lozanna konfransına qatılan erməni nümayəndə heyətinin hesablamalarına görə isə, 2 milyon 200 min erməninin Osmanlı dövlətinin ərazisində yaşadığı göstərilirdi. Dolayısıyla ermənilərin və qondarma “soyqırım” qərarı verənlərin iddiaları düşmənçilik duyğularına əsaslanaraq uydurulmuş xəyal və böhtandan ibarətdir.

Türk düşmənlərinin qorxulu röyası

Bu günə qədər saxta “soyqırım” qərarlarını verənlərin məqsədi Osmanlı dövlətinin parçalanmasından sonra yerində qurulan Türkiyə Cümhuriyyətini təhdid etmək, dövləti parçalamaq və “Böyük Ermənistan”ın, “Kürdüstan”ın yaradılması ideyasını gerçəkləşdirməkdən ibarətdir. Çünki bu yeni dövlətin adının kökü də Türk sözüdür. Türkiyə Cümhuriyyəti Türk adıyla qurulan üçüncü dövlətimizdir və ən güclüsüdür. Yavaş da olsa, getdikcə böyüməkdədir, inkişaf etməkdədir və güclənməkdədir. Dünya Türklərinə sahib çıxmaqdadır. Türkiyə Cümhuriyyəti Osmanlı dövlətini yıxanların və bu dövlətin içindən çıxanların qorxulu röyasıdır. Bunun üçün də Orta Asiya səhralarına sürgün olunan Türklər, indi onları bir vaxtlar köçürənlərin yaxınlığındadır. Hətta onlardan daha üstündür. Erməni məsələsi, kürd məsələsi, etnik azlıqlar və s. milli zəmində problemləri yoxdur. Bu kimi uydurma problemlərlə Türk millətinin və Türk dövlətinin böyüməsini, vahid və güclü olmasını əngəlləmək, yaxud ən azı, gecikdirmək istəyirlər. Amma bunların hər biri xam xəyaldan ibarətdir.

Uydurmaya inanan “sadəlövhlər”

Uydurma “erməni soyqırımı” yalanlarıyla bağlı bəzi ölkələr məqsədli şəkildə öz qərarlarını veriblər. Bunlardan ilki 1914-cü il mayın 24-də Fransa, Ingiltərə və Rusiyanın ortaq açıqlamasıdır. Daha sonra 1916-cı il fevralın 9-da ABŞ Senatının qərarı açıqlanmışdır. Bu tarixdən 1965-ci ilə qədər uydurma erməni soyqırımına dair heç bir qərar çıxarılmayıb. Çünki Osmanlı dövlətini yıxanlar bir-birilərinə düşmən olmuşdular. Sülh təmin olunduqdan sonra zənginləşən bu sümürücülər yenidən uydurma erməni problemini Türkiyənin önünə qoymuşdular.
1965-ci il aprelin 20-də Uruqvay Senatı və Nümayəndələr Məclisi tərəfindən ortaq qərar qəbul olunmuşdur. Bu hadisədən sonra 1975-ci il aprelin 9-da ABŞ Nümayəndələr Palatası da oxşar qərar qəbul etmişdir. Daha sonrakı dönəmdə 2010-cu ilə qədər 50 qərar qəbul olunmuşdur. Bu qərarların içində mənim diqqət yetirdiyim və için-için hirsləndiyim bir məsələ var.

Azərbaycan və Livanın Türkiyəyə arxadan zərbəsi

Məni hiddətləndirən isə, Livanın 1992-ci il aprelin 3-də və 2000-ci il mayın 11-də çıxardığı qərarlarda, həmçinin Azərbaycan ensiklopediyasında öz əksini tapan, “soyqırım” baş verdiyinə dair ifadələrdir. Bu ensiklopediyadan Azərbaycanda hələ də istifadə edirlər. Türkiyə Livanın çətin günlərində həmişə onun yanında olur, bu ölkəyə yardımlar edir. Iki ölkə arasında yaxın dostluq və əməkdaşlıqla yanaşı, hərbi və ticari əlaqələr də mövcuddur. Amma Türk dövlətini idarə edənlər və xaricdəki təmsilçilərimiz Livana “bu qərarınıza görə utanın” demirlər.
Azərbaycanla bağlı məsələyə gəlincə, orada baş verənlər daha çox ürək ağrıdır. Məsələ bundan ibarətdir: 1980-ci ildə çap olunan Azərbaycan ensiklopediyasının 4-cü cildinin 82-ci səhifəsində Ağrı dağının emblem kimi istifadə olunduğu “Erməni dövləti” başlıqlı yazıda aşağıdakı sətirlər yer alıb: “1878-ci ildə baş tutan Berlin Konfransının şərtlərinə görə, Türkiyə Qərbi Ermənistanda islahatlar həyata keçirəcək və ermənilərin təhlükəsizliyini təmin edəcəkdi. Lakin bu qərar yerinə yetirilməmişdir. 1895-96-cı illərdə Sultan hökuməti ermənilərin kütləvi şəkildə qətlə yetirilməsini təşkil etmişdir. 1905-1907-ci illərdə Irəvanda və digər ərazilərdəki erməni fəaliyyətlərinə bolşeviklərdən S.K.Şaumyan, C.C.Spandanyan, B.M.Kinunyants, C.N.Kaysan, B.A.Boryan liderlik edirdi. O zaman Osmanlı hökuməti məhəlli idarəçiliklərə və qurumlara ermənilərin kütləvi şəkildə öldürülməsi (soyqırım) üçün əmrlər vermişdir. 1915-1916-cı illərdə 1.5 milyondan artıq erməni öldürüldü. 600 mindən çox erməni Mesopotomiya səhralarına qovuldu. Bunların da çoxu həbsxana düşərgələrində öldü. 300 min erməni Rusiyada sığınacaq tapdı. Qaçan ermənilərin bir qismi Yaxın Şərqə, Avropa və Amerika ölkələrinə yerləşdi. Oktyabr inqilabı erməni xalqının sosial və milli zülmdən qurtulmasının başlanğıcı oldu…”

Heydər Əliyevin yazdırdığı ensiklopediya ermənilərin maraqlarına necə xidmət etdi?

Bu ensiklopediyanın 1-ci cildi 1969-cu ildə çap olunub. O dönəmlərdə ensiklopediyanın redaksiya heyətinə şair və yazıçı Rəsul Rza rəhbərlik edirdi. Rəsul Rza hazırda tanınmış yazıçılardan biri, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri olan Anarın atasıdır. Ensiklopediyada millətçilik meylinin olduğu və bunun da xalqların dostluq ənənələrini zədələdiyi səbəbilə Heydər Əliyev hakimiyyətinin birinci dönəmində 1971-1972-ci illərdə yığılaraq yandırıldı. Baş redaktor Rəsul Rza isə vəzifəsindən uzaqlaşdırılaraq barəsində qeyri-rəsmi ev dustaqlığı qərarı verildi. Yerinə isə kommunist ideoloqlarından biri – professor Cəmil Quliyev gətirildi. Cəmil Quliyev 1984-cü ilə qədər vəzifədə qaldı. Indiki Azərbaycan ensiklopediyası Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi, yəni dövlət və hökumət başçısı olduğu dönəmdə hazırlanmışdır. Ensiklopediyanı Heydər Əliyev şəxsən nəzərdən keçirdikdən sonra onun əmrlərinə uyğun olaraq yayımlanıb…

Ardı var