“Barselona”nın argentinalı ulduzu Lionel Messi 2012/2013-cü il mövsümünün ən yaxşı bombardiri kimi Avropa çempionatının “Qızıl buts” mükafına layiq görülüb. Messi təqdimat mərasimində bu mükafata görə bütün komandaya borclu olduğunu bildirib: “Mənim əsas işim yaxşı formada olmaq, özünə əminlik və müvəffəqiyyətlə işimə dönməkdir. Son vaxtlar “Barselona” klubun fəlsəfəsini dəyişmədən oyun planında dəyişiklik edib və daha maraqlı olub. Bu mükafatı mən bütüm klub yoldaşlarıma həsr edirəm, onlar olmadan mən “Qızıl buts” qazana bilməzdim”.
Messi “Qızıl buts” mükafatını artıq üçüncü dəfədir ki, qazanır.
“Qızıl buts” yenə Messiyə verildi
•
•