Adamdan cini neсə çıxartdılar? VİDEO

YouTube sosial şəbəkəsində Azərbaycanda çəkilmiş və ekzorsistin fəaliyyətinin əks olunduğu video yerləşdirilib.

Oxu.Az xəbər verir ki, adının Vüsal Mərdinli olduğu və “cindar” – cinləri qovan kimi fəaliyyət göstərdiyi bildirilən şəxs yerdə uzadılmış “xəstənin” başı üzərinə çökərək, onunla, daha doğrusu onun daxilində olan pis ruhla danışır.

Bu zaman həmin “cindar” yerdə uzanmış şəxsin daxilindəki “şeytanın” adını soruşur, Qurandan sitatlar gətirir, onu Allaha itaət etməyə, gənci rahat buraxmağa çağırır. 

Artıq şərhə ehtiyac olmadığını düşünərək, sizləri bu video ilə tanış olmağa dəvət edirik.