Günün ulduz falı (19.11.2013)

QOÇ

Maddi baxımdan nəticə əldə edə biləcəyiniz bir gündür. Verdiyiniz borc geri qayıda bilər. Maddi mövzularda çətinlik yaşanırsa, məsələ böyüməmiş hərəkətə keçməməniz məsləhətdir.

BUĞA

Ortaya çıxan gerçəkləri və ya inkişaf edən hadisələri təqib edərək hərəkət etməniz, prioritetinizi buna görə təyin etməniz lazımdır. Səyahətlər, ziyarətlər və ya mühit dəyişiklikləri üçün əlverişli gündür. 

ƏKIZLƏR

Normaldan daha ağıllı və təcrübə sahibi olmanıza baxmayaraq, bəzən insanların nə qədər pis niyyətli və ya qərarsız ola biləcəyini unudursunuz. Nəticələrini gözlədiyiniz mövzularda cavablar gələcək. Sağlamlığınıza diqqət yetirin. 

XƏRÇƏNG

Sözünü tutmayan şəxslər üzündən çətinlik yaşaya bilərsiniz. Əlaqələrinizi təkrar nəzərdən keçirmənizə ehtiyac var. Səyahətlər, ictimai fəaliyyət və eşq həyatınız əhvalınızı yerinə gətirə bilər. 

ŞIR

Ictimai baxımdan hərəkətli bir gündür. Evdə və ya işdə gərginlik ola bilər. Kimlərlə birlikdə olmaq istəyib- istəmədiyinizə qərar verəcəyiniz gündür.

QIZ

Başqalarının özlərini yaxşı hiss etmələri üçün çalışmağınız gərəyindən çox zaman aparacaq. Bir az da özünüzə və öz həyati ehtiyaclarınıza zaman ayırmalısınız. 

TƏRƏZI

Ortaqlıq tələb edən işlər, iş birlikləri ön planda olacaq. Daşınmaz əmlak alış-verişi və başqa mövzularla məşğul ola bilərsiniz. 

ƏQRƏB

Əməkdaşlıq etdiyiniz şəxslər və ya romantik partnyorunuz bəzi mövzularda sizdən dəqiq qərarlar vermənizi gözləyirlər. Hər nə şəkildə addım atacaq olsanız, ani hərəkətlərdən uzaq durun. 

OXATAN

Imicinizi və ya karyeranızı maraqlandıran mövzularda şansınız olacaq. Son dərəcə enerjili olduğunuz və hərəkətə keçmə arzusu baş qaldıran bir dövrdə tısbağa sürətiylə irəliləyən bəzi kəslər sıxıntı yarada bilər.

OĞLAQ

Bəzi kəslərə qarşı dəqiq olmaq və ya təcili qərar vermək istəyirsiniz. Ancaq bu mövzuda çox da dərinə getməmək məsləhətdir. Çünki əlaqələr getdikcə ciddiləşir.

DOLÇA

Iş, ictimai həyatla bağlı ailənizi maraqlandıran mövzulara diqqət yetirəcək, müəyyən qərarlar verəcəksiniz. Bu sahələrdə tarazlığı təmin etmək üçün çox çalışacaqsınız.

BALIQLAR

Bürcün bəzi nümayəndələri demaqoqluq edərək zaman qazanmağa çalışır. Hadisələri böyütməyin. Maddi mövzular ön planda olacaq. Bu günlərdə yaradıcılığınız girişdiyiniz işlərdə sizə şans gətirəcək.