
Avropada yaşayan azərbaycanlı mühacirlər Azərbaycanda prezident seçkisinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq noyabrın 18-də Brüsseldə aksiya keçiriblər. Avropa Parlamentinin binası önündə keçirilən aksiyada Hollandiyada, Fransada, Almaniyada və başqa ölkələrdə yaşayan mühacirlər iştirak ediblər.
Çıxış edənlər Azərbaycanda seçkiləri saxtalaşdıraraq hakimiyyəti qəsb edən Əliyev rejiminə qarşı şüarlar səsləndiriblər. Etiraz aksiyasında Fikret Hüseynli, Eldəniz Yusibov, Orduxan Teymurbəyli, İlham Həsən və başqaları çıxış ediblər.
Aksiyada “Saxatakar hakimiyyətə yox!”, “İlham Əliyev istefaya getməlidir!”, “Söz azadlığını qəsb edən hakimiyyət redd olsun!” kimi şüarlar səsləndirilib. Aksiyanın sonunda iştirakçılar Avropa Parlamentinə bəyanat təqdim ediblər və bundan sonra tədbirin ikinci hissəsi başlayıb.
İkinci hissede aksiya iştirakçıları Avropa Parlamentinin binası önündən Türkiyənin Brüsseldəki səfirliyinə qədər yürüş ediblər. Səfirlik önündə Azərbaycandakı saxta seçkilərin hətta rəsmi nəticələrini belə gözləmədən İlham Əliyevi təbrik edən Türkiyə rəhbərliyi ittiham edilib. Burada Türkiyənin baş naziri Ərdoğanın və prezidenti Abdullah Gülün Azərbaycandakı diktaturaya dsətək verən siyasətini kəskin şəkildə pisləyən bəyanat səsləndirilib. Tədbirin sonunda bəyanat səfirliyə təqdim olunub.







“azadlıq.info”


