Noyabrın 17-də Müsavat Partiyası gənclər təşkilatında yeni sədr seçkiləri keçirilib. Müsavatın gənc fəalı, partiya başqanının həbsdə olan müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu tədbiri açıq elan edib. O, əvvəlki seçkidə bəzi texniki qüsurlar olduğunu xatırladaraq nəticələrin ləğv edildiyini qeyd edib və seçici siyahısında 105 müsavatçı gəncin iştirak etdiyini, 6 nəfərdən ibarət say komissiyası olduğunu bildirib.
Sədrliyə namizədlər Əhliman Abbas, Rüfət Hacıbəyli və Nurlan Əliyev olub. Nurlan Əliyev sonradan namizədliyini Rüfət Hacıbəylinin xeyirinə geri götürüb. Daha sonra qapalı səsvermə keçirilib. Səsvermənin nəticələrinə görə, Əhliman Abbas Müsavat Gənclər Təşkilatının sədri seçilib.