Əli İnsanovla bağlı müxalifət liderlərinə çağırış

Sabiq səhiyyə naziri, hazırda həbsxana həyatı yaşayan Əli İnsanovun hüquqlarını müdafiə komitəsi AXCP sədri Əli Kərimliyə, Müsavat başqanı İsa Qəmbərə, Milli Şura sədri Rüstəm İbrahimbəyova və Milli Şuranın prezidentliyə namizədi olmuş professor Cəmil Həsənliyə müraciət edib. “Azadlıq” qəzetinə daxil olan müraciətdə deyilir:

“Hörmətli cənablar! Sizdən akademik Əli İnsanovun məhkəməsi dövründə onu imkanlarınız daxilində müdafiə etmənizi xahiş edirik. Bu işdə Sizlərin və rəhbərlik etdiyiniz təşkilatların imkanlarının səfərbər olunması prosesin qələbə ilə yekunlaşmasına xidmət edəcək. Əli İnsanovun azadlığa çıxması olkəmizdə rəhbərlik etdiyiniz demokratikləşmə hərakatına dəstək olacaq, bütövlükdə xalqımızın mübarizə imkanlarını artıracaq.

Hörmətlə, Əli İnsanovun hüquqlarını müdafiə Komitəsi”