İctimaiyyətin “Azadlıq”a dəstəyi davam edir

“Azadlıq” qəzetinə dəstək marafonu davam edir. Noyabrın 16-da Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Azəri-Talış Birliyinin sədri Mehdibəy Səfərov və Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qəzetə abuna yazılıb və ianə veriblər. E.Quliyevlə M.Səfərov marafonun başladığı ünvana – AXCP-nin qərargahına, S.Məmmədov isə redaksiyaya gəlib.

İctimaiyyətin hər 3 tanınmış nümayəndəsi qəzetin çapını bərpa edə bilməsindən məmnunluq ifadə edib və kollektivə uğurlar arzulayıb, redaksiyanı düşdüyü maliyyə böhranından çıxarmaq üçün yardım kampaniyasının davam etməsini vacib sayıb.

Bundan başqa, “azadxeber.net” saytının əməkdaşları, ilahiyyatçı alim, vicdan məhbusu Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri də “Azadlıq”ın redaksiyasına gələrək, dəstəklərini nümayiş etdiriblər. Saytın baş redaktor əvəzi Mirqasım Əliyev, texniki direktor Ramin Cəfərov “Azadlıq”a abunə yazılıblar.
Mirqasım Əliyev “Azadlıq”ın basqılar qarşısında duruş gətirə bilməsi üçün abunə kampaniyasının davam etdirilməsinin vacibliyini qeyd edib.
“Azadlıq”a dəstək marafonu davam edir…

Rami