Dünyanın ən böyük almazına rekord qiymət

Dünyanın ən böyük almazı rekord qiymətə satılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Cenevrədə keçirilən hərracda “çəhrayı ulduz” adlanan almaz rekord qiymətə, 83 milyon dollara satılıb. Təbiətdə nadir tapılan bu almazın çəkisi 60 karat olub.

Qeyd edək ki, bundan əvvəlki rekord 46,2 milyon dollarlıq satışla digər bir çəhrayı almaza aiddir.