Türkiyədə yaşayan azərbaycanlılar “Azadlıq” qəzetinə” dəstək kampaniyası keçirib. Ötən gün kampaniya çərçivəsində azərbaycanlı tələbələr müəyyən miqdarda vəsait toplayaraq redaksiyaya göndərib. Kampaniyanın təşkilatçısı AXCP Gənclər Komitəsinin üzvü Renad Nəcəfovdur. Renad Nəcəfov qəzetə açıqlamasında bildirib ki, kampaniya davam edir. Kampaniyanın təşkilatçıları soydaşlarımızla görüşür, qəzetin problemləri və bağlanması haqqında məlumat verir və soydaşlarımız da həvəslə qəzetə dəstək olurlar.
Kampaniyaya qoşulmaq istəyənlər bu ünvanla əlaqə saxlaya bilərlər: Facebook.com/renad.najafov


