Ramiz Mehdiyevlə Ramil Usubovun oğlu rəis olacaq
Prezident Administrasiyasının (PA) Ramiz Mehdiyevlə daxili işlər naziri Ramil Usubovun övladları yeni vəzifəyə təyinat alacaqlar. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə təyin olunacaq.
O, hazırda həmin qurumda müavin postu tutur. Ramil Usubovun oğlu Emil Usubovun isə Insan Alverinə Qarşı Mübarizə Idarəsinə rəis təyin olunacağı iddia edilir. Emil Usubov hazırda DIN-də Istintaq və Təhqiqat Idarəsinin rəis müavinidir. Məlumatda o da bildirilir ki, yaxın günlərdə Insan Alverinə Qarşı Mübarizə Idarəsi baş idarəyə çevriləcək.


