“Əliyevlərin getmə zamanı gəldi”

Vaşinqtonda Azərbaycan hakimiyyətinə qarşı etiraz aksiyası keçirilib (FOTOLAR/VİDEO)

 

 

ABŞ-da yaşayan həmvətənlərimizin yaratdığı AZAD təşkilatının təşkilatçılığı ilə martın 19-da Azərbaycanın Vaşinqtondakı səfirliyinin qarşısında piket keçirilib. 20-dən artıq soydaşımızın qatıldığı etiraz askiyasında son günlər Azərbaycanda həbs olunan gənc fəallara, xüsusən də həbsdə olan AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalana, Bəxtiyar Hacıyevə və tanınmış jurnalist Eynulla Fətullayevə dəstək nümayiş olunub.

Piket iştirakçıları Azərbaycan hakimiyyətinin repressiyalarına etirazlarını bildirib və Əliyev rejiminin istefaya getməli olduğunu söyləyiblər. Etirazçılar uydurma ittihamlarla həbs olunan müxalif fəalların dərhal azad olunmasını tələb ediblər.

ABŞ-dakı səfirliyimiz qarşısında keçirilən piketdə “Rədd olsun diktatura”, “Əliyevlərin getmə zamanı gəldi” şüarları səsləndirib. Etirazçılar “Azərbaycan torpaqlarının 20 faizini ermənilər, 80 faizni əlyevlər işğal edib”, “Yaşasın respublika, rədd olsun monarxiya”, “Azərbaycanda diktaturaya yox” və s yazılan plakatlar qaldırıblar.

İnformasiya şöbəsi

Fotolar: azerireport.com