Əli Kərimli partiya funksionerinin 60 illiyini təbrik etdi

AXCP Suraxanı rayon şöbəsinin sədr müavini Qafqaz Məmmədovun 60 yaşı tamam olur. Bu münasibətlə partiya sədri Əli Kərimli onu təbrik edib. Təbrikdə deyilir:
Hörmətli  Qafqaz  bəy! Sizi, Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin veteranlarından birini 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Həyatının 25 ilini müstəqillik, azadlıq, demokratiya dəyərlərinin, haqqın-ədalətin bərqərar olması uğrunda mübarizəyə həsr etmiş sizin kimi cəbhədaşlarımız qürur mənbəyimiz, gənclərimizə fədakarlıq nümunəsidir. Ən çətin zamanlarda vətənə, millətə, əqidənizə sədaqətiniz, çətin, şərəfli mücadilə yolundan dönməzliyiniz sayəsində əqidədaşlarınız  arasında yüksək nüfuz qazanmısınız.  Sizə cansağlığı, uzun ömür, birgə mübarizəmizdə daha böyük əzm, uğurlar, sevdiklərinizin əhatəsində azad və demokratik Azərbaycanda firavan günlər arzulayıram.  Tanrı sizi qorusun!