Masallı Mamedin dəfnində izdiham

Minlərlə insan vida mərasiminə qatılıb; yollar bağlanıb


Martın 20-də Bakıda 1 saylı cəzaçəkmə məntəqəsində vəfat edən, oğru aləmində “Masallı Mamed” adı ilə tanınan Məmməd Hüseynov martın 21-də torpağa tapşırılıb. 

Səhər tezdən mərhumun Masallının mərkəzində yerləşən ata evinə minlərlə adam toplaşıb. Mərhumun meyiti ata evindən çıxarılandan sonra qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığına aparılıb (Lent.az). Bu vaxt şəhərin mərkəzi küçələrində avtomobillərin hərəkəti dayandırılıb. Minlərlə insan qəbiristanlığa axışmağa başlayıb.
“Masallı Mamed”in dəfninə təkcə Masallı və qonşu rayonlardan yox, Azərbaycanın hər tərəfindən insanlar gəlib. Dəfn saatlarında xəbər yayılıb ki, MDB ölkələrindən də bir çoxunun Masallıya gəlişi gözlənilir.

***

Oğru Mamed  türmədə öldü

Həkimlər onun ürək çatışmazlığıdan, yaxınları isə zəhərdən öldüyünü bildirirlər

Əldə etdiyimiz məlumata görə, martın 20-də 1 saylı cəzaçəkmə məntəqəsində ölüm hadisəsi baş verib.Vəfat edən məhbus  Masallı Mameddir.Məlumata görə  Masallı Mamedin səhhətində ciddi problemler var imiş. Son zamanlar o şəkərdən və qara ciyərin serrozundan əziyyət çəkirmiş. O,  bu gün ağır vəziyyətdə ürək çatışmazlığından xəstəxanaya çatdırılıb. Həkimin dediyinə görə onu heç cürə saxlamaq mümkün olmayıb. Təxminən 20 dəqiqə müddətində Masalllı Mamed xəstəxanada dünyasını dəyişib.

Adının çəkilməsini istəməyən yaxınları isə iddia edir ki,Oğru Mamedi türmədə zəhərləyiblər.

Oğru Mamedin cənazəsi bu gün Masallıya aparılacaq. Dəfn mərasimi isə sabah olacaq.

Aldığımız məlumata görə Masallıda polislər gücləndirilmış iş rejiminə keçiblər. 

.