AŞPA-da Azərbaycandakı seçki müzakirə olunacaq

Azərbaycan və Gürcüstanda prezident seçkilərinin yekunları Avropa Şurası Parlament Assambleyasının iki komitəsinin noyabrın 6-7-də Parisdə keçiriləcək iclaslarında müzakirə olunacaq.

AŞPA mətbuat xidmətinin məlumatına görə, bugünlərdə Parisdə monitorinq komitəsinin və hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasları keçiriləcək. 

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri ATƏT tərəfindən qeyri-demokratik hesab edilib, bu da rəsmi Bakının qəzəbinə səbəb olub. AŞPA nümayəndələrini nəticələrə müsbət qiymət versələr də, bu, Avropa parlamentarilərinin ünvanına tənqidlərə səbəb olub, onları korrupsiyada və Azərbaycan hakimiyyəti tərəfindən ələ alınmaqda şübhəli biliblər (“Turan”).