Marsa ilk insansız raket göndəriləcək

Hindistanın Kosmos Mərkəzindən göndəriləcək insansız raket 300 gündən sonra Mars orbitinə daxil olacaq

Marsa ilk insansız raket göndəriləcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Hindistanın Sriharikot əyalətindəki Kosmos Mərkəzindən göndəriləcək insansız raket 300 gündən sonra Mars orbitinə daxil olacaq. 

Hindistan Kosmos Araşdırmaları Qurumundan bildirilib ki, min nəfərlik alim tərəfindən aparılan hazırlıq işləri tam görülüb və qurum raketin kosmosa göndərilməsinə tam hazırdır. “PSLV-C25” adlı raketin 2014-cü ilin sentyabr ayında Marsa çatacağı ehtimal olunur.