Parlamentin iclasındə gərgin anlar

Mübariz Qurbanlı Elxan Süleymanovu “vurdu”; Zeynəb Xanlarova isə Qarabağdan olan deputatları topa tutdu

Milli Məclisin dünənki iclasında çıxış edən deputat Zeynəb Xanlarova deputatları Qarabağ məsələsindən danışmamaqda qınayıb. Modern.az-ın xəbərinə görə, Zeynəb Xanlarova bildirib ki, Milli Məclisin iclaslarında bəzi deputatlar hər şeydən danışırlar, amma Qarabağ məsələsi yadlarına düşmür.
O, xüsusilə Qarabağdan olan millət vəkillərini qınayıb. Zeynəb Xanlarova deyib ki, Milli Məclisdə Qarabağdan danışanlar daha çox Qarabağdan olmayan deputatlardır, qarabağlı deputatlar isə iclaslarda susmağa üstünlük verirlər.ÿ”Qarabağdan danışın, başqa ölkələrdə kimin kimə qulaq asması və baş verən hadisələr nəyə lazımdır. Istərdim ki, hər dəfə Qarabağdan danışaq. Qarabağdan danışanlar qarabağdan olmayanlardır”, – deyə Zeynəb Xanlarova bildirib.
“Sığorta şirkətləri  inzibati və cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki onlar insanlarda inamsızlıq yaradırlar. Belə ki, onlar vətəndaşların haqlı ödənişlərini etmirlər”.
Bu sözləri isə deputat Fəzail Ağamalı parlamentin dünənki iclasında “Əhalinin sağlamlığı haqqında” qanuna edilən dəyişikliklərlə bağlı müzakirələr zamanı belə deyib.
Deputat qeyd edib ki, sığorta şirkətləri vətəndaşların sığorta ilə bağlı alacaqlarına  mane olarsa, süründürməçilik yaradılarsa, cinayətə cəlb edilməlidirlər.
Vitse-spiker Ziyafət Əsgərov Fəzail Ağamalı ilə razılaşıb. O qeyd edib ki, bu gün insanların sığorta şirkətlərinə inamı azdır. “Qaldırılan problemlər olduğu üçün vətəndaşlar sığorta şirkətləri ilə müqavilə bağlamağa ehtiyac duymur” -deyə Ziyafət Əsgərov bildirib.
YAP-çı deputat isə Azərbaycanın Avronest PA-da fəaliyyətini dayandıra biləcəyi barədə Elxan Süleymanovun fikirlərinə münasibət bildirib: “Azərbaycan xarici siyasət xəttini, konstitusiyaya görə, prezident təyin edir. Parlamentin də üzərinə böyük vəzifələr düşür və biz bu vəzifəmizi uğurla yerinə yetirməliyik.
Avropa Parlamenti seçki ilə bağlı deklarasiya xarakterli bəyanat qəbul edib. Onlarca bu tipli qətnamə və qərarlar var. Bundan təşviş keçirməyə ehtiyac yoxdur. Avronestin üzvüyük, Şərq tərəfdaşlığında yaxından iştirak edirik, heç bir tribunanı boş qoymamalıyıq. Avropa Parlamenti hansısa qrupun təzyiqi ilə qətnamə qəbul edirsə, bundan sui-istifadə edərək Avronestdəki əməkdaşlığımıza yenidən baxmalı deyilik”.